Pakistanın keçmiş baş naziri İmran Xanın azadlığa buraxılması tələbi ilə Pakistan Təhrik-i İnsaf (PTI) partiyasının planlaşdırdığı yürüş oktyabrın 4-nə təxirə salınıb. Buna baxmayaraq, hökumət İslamabadda təhlükəsizlik tədbirlərini gücləndirib və əsas yolları yük konteynerləri ilə bağlayıb.
PTI yürüşü sentyabrın 27-də Pişəvərdən İslamabada keçirməyi planlaşdırırdı. Reuters-in məlumatına görə, son günlər İmran Xanın üç bacısı və yüzlərlə partiya fəalı saxlanılıb.
İslamabadda yolların bağlanması üçün çox sayda konteyner yerləşdirilib və təhlükəsizlik qüvvələri artırılıb. Yürüşün yeni tarixə keçirilməsindən sonra bəzi yolların yenidən açılması planlaşdırılır, lakin oktyabrın 4-ü üçün təhlükəsizlik tədbirlərinin yenidən gücləndiriləcəyi bildirilir.
Prestij.media
















