Venesuelada hakim Çavista hərəkatı ilə müxalifət arasında aparılan dialoq çərçivəsində 131 məhbusun azad edildiyi açıqlanıb.
Prestij.media xəbər verir ki, ölkənin Kommunikasiya naziri Migel Anxel Peres məhbusların müvəqqəti dövlət başçısı Delçi Rodriqesin həyata keçirdiyi “Sülh və Demokratik Birgəyaşayış Proqramı” çərçivəsində azadlığa buraxıldığını bildirib.
Məhbuslar şərti olaraq azad edilib. Qərara əsasən, azadlığa çıxan şəxslər hər 30 gündən bir məhkəməyə gedərək imza atmalı olacaq. Müxalifət nümayəndələri isə daha çox siyasi məhbusun azad edilməsi üçün mübarizəni davam etdirəcəklərini açıqlayıb.
















