İngiltərənin ən böyük hava limanı Heathrow-da su borusunun partlaması nəticəsində Terminal 2 və 3-ə avtomobillə giriş dayandırılıb.
Hadisə nəticəsində terminal ərazisində yollar və dayanacaqlar su altında qalıb. Hava limanı rəhbərliyi avtomobillə gələn sərnişinlərə qatar və metrodan istifadə etməyi tövsiyə edib.
Texniki qruplar su sızmasının qarşısını almaq və yolları bərpa etmək üçün işləri davam etdirir. Hava limanında gündəlik 267 mindən çox sərnişin xidmət alır.
Prestij.media
















