Uelsdə 26 yaşlı Leon Gillespie xəstəxananın damına Azrail kostyumunda çıxaraq pasiyent və əməkdaşların diqqətini çəkib.
O, təxminən 50 dəqiqə damda qalaraq müxtəlif səslər çıxarıb. Polis əməkdaşlarının uzunmüddətli danışıqlarından sonra damdan endirilən Gillespie saxlanılıb.
Məhkəmədə o, geyindiyi kostyumun Azrail deyil, quş kostyumu olduğunu iddia edib.
Məhkəmə Gillespie-ni xəstəxanada narahatlıq yaratdığına görə 200 funt sterlinq cərimələyib. O, həmçinin 100 funt məhkəmə xərci ödəməli olacaq.
Prestij.media
















