Apple ağıllı ev ekosistemini genişləndirmək üçün üç yeni məhsul üzərində çalışır. Məlumata görə, şirkət yaxın vaxtlarda yeni nəsil Apple TV, HomePod mini və ağıllı ev idarəetmə mərkəzini təqdim etməyi planlaşdırır.
Bildirilir ki, yeni Apple TV və HomePod mini dizayn baxımından ciddi dəyişikliklərə məruz qalmayacaq. Əsas yenilik daha güclü prosessor və süni intellektlə təchiz edilmiş yeni nəsil Siri AI dəstəyi olacaq.
Şirkətin hazırladığı ağıllı ev idarəetmə mərkəzinin isə 7 düymlük ekranla təchiz ediləcəyi bildirilir. Qurğunun tvOS əsasında hazırlanmış yeni əməliyyat sistemi ilə işləyəcəyi, FaceTime dəstəyi üçün kameraya sahib olacağı və üz tanıma funksiyası təqdim edəcəyi qeyd edilir.
Yeni cihazın istifadəçiləri üz tanıma vasitəsilə müəyyən edərək fərdiləşdirilmiş funksiyalar təqdim edəcəyi, həmçinin güclü səs sistemi ilə təchiz olunacağı bildirilir.
Prestij.media
















