Çinin Şençjen şəhərində dünyanın ilk humanoid robot döyüş turniri keçirilib. Yarışda 32 komandanın hazırladığı robotlar operatorların idarəetməsi ilə rinqə çıxaraq yumruq və təpiklərlə mübarizə aparıblar.
Turnirin ən yaddaqalan anı “White Eagle” və “Matador” robotları arasında baş tutan qarşılaşmada yaşanıb. “White Eagle”ın endirdiyi güclü təpik nəticəsində “Matador”un başı qopsa da, robot qısa müddət ərzində döyüşü davam etdirərək zərbələr endirib.
Bir müddət sonra “Matador” yerə yıxılaraq fəaliyyətini dayandırıb. Qarşılaşmanın qalibi olan “White Eagle” isə qələbəsini rinqdə rəqs edərək qeyd edib.
Turnir texnologiya sahəsində robotların imkanlarını nümayiş etdirmək və döyüş robotlarının inkişaf səviyyəsini göstərmək məqsədi daşıyıb.
Prestij.media
















