İtaliyanın Pistoya şəhərində keçirilən “European Gym for Life Challenge” festivalında Azərbaycanı təmsil edən “Flame” komandası 74 komanda arasında fərqlənərək qızıl medala layiq görülüb.
Komanda kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflərin yüksək qiymətini qazanıb. Mükafatlandırma mərasimində Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da iştirak edib.
Hazırda isə İtaliyada 25 ölkədən 5 minə yaxın gimnastın qatıldığı “EUROGYM 2026” festivalı davam edir. Azərbaycan nümayəndələri burada da ölkəmizi uğurla təmsil edirlər.
Prestij.media
















