Uzun fasilədən sonra ekranlara qayıtmağa hazırlaşan Fahriye Evcenin yeni layihəsi və tərəf müqabili məlum olub.
Prestij.media xəbər verir ki, aktrisa yeni mövsümdə yayımlanacaq “Hamal” serialında baş qadın rolunu canlandıracaq. Layihənin baş rol ifaçısı və prodüseri isə Oktay Kaynarcadır.
Məlumata görə, serialın ssenarisi Kerem Deren və Çisil Hazal Tenim tərəfindən qələmə alınıb, rejissorluğunu isə Mustafa Şevki Doğan edəcək.
Fahriye Evcenin uzun fasilədən sonra televiziya ekranlarına dönüşü böyük maraq doğurarkən, onun Oktay Kaynarca ilə tərəf müqabili olması da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İki aktyor arasında 21 yaş fərqi olduğu da diqqət çəkən məqamlardan biridir.
















