Dünyaca məşhur müğənni Harry Styles Londondakı Wembley stadionunda keçirilən konsert zamanı boğazına su qaçdığı üçün səhnədə yerə yıxılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin bir neçə saniyə öskürdükdən sonra yerə uzandığı, daha sonra isə ayağa qalxaraq konsertini davam etdirdiyi görünür.
Hadisə rekord istilərin yaşandığı gün baş verib. Bəzi pərəstişkarlar əvvəlcə onun istidən huşunu itirdiyini düşünsələr də, sonradan səbəbin boğazına su qaçması olduğu bildirilib.
Prestij.media
















