Smartfon istifadəçilərinə kibertəhlükəsizlik xəbərdarlığı edilib. Mütəxəssislər bəzi şübhəli mesajlaşma tətbiqlərinin şəxsi məlumatlara, kamera və mikrofona icazəsiz giriş edərək casus proqram kimi işləyə bildiyini bildiriblər.
Privee Talk, MeetMe, Let’s Chat, Quick Chat, Rafaqat, Chit Chat, YoohooTalk, TikTalk, Hello Chat, Nidus, GlowChat və Wave Chat kimi tətbiqlərin cihazlardan dərhal silinməsi tövsiyə olunur.
Eyni zamanda GB WhatsApp, WhatsApp Plus və WhatsApp Red kimi rəsmi olmayan WhatsApp versiyalarının həm məlumat təhlükəsizliyini riskə atdığı, həm də hesabların bloklanmasına səbəb ola biləcəyi vurğulanır.
Mütəxəssislər istifadəçilərə yalnız rəsmi mağazalardan tətbiq yükləməyi və icazələri diqqətlə idarə etməyi məsləhət görür.
prestij.media
















