Çinin Nanchong şəhərində paraşütlə uçuş edən pilot uçuş zamanı tikinti kranına çırpılaraq havada asılı vəziyyətdə qalıb.
Hadisənin Jialing çayı sahilində baş verdiyi bildirilir. Paraşütün iplərinin kran qurğusuna dolaşması nəticəsində paraşütçü təxminən 60 metr yüksəklikdə hərəkətsiz qalıb.
Xilasedicilər hadisə yerinə cəlb olunaraq uzunmüddətli əməliyyatla şəxsi təhlükəsiz şəkildə xilas ediblər. Rəsmi məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Prestij.media














