ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırır.
“Fox News” xəbər verir ki, o, bu barədə “Mən təxminən yaxın iki gün ərzində yola düşməyi planlaşdırıram”, – deyib.
C.Vens, həmçinin bildirib ki, amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner artıq İsveçrədədirlər və orada texniki məsələlər üzrə məsləhətləşmələr aparırlar.
Onun sözlərinə görə, tezliklə İrandan olan komanda üzvləri də İsveçrəyə getməlidir.
















