Türkiyə millisinin futbolçusu Arda Güler 2026 Dünya Çempionatında Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq turnuvadan ayrıldıqdan sonra azarkeşlərə müraciət edib.
Gənc yarımmüdafiəçi komandanın nəticəsindən məyus olduqlarını bildirib.
“Deyəcək çox söz yoxdur. Çox üzgünük, utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Gələcək turnirlərdə bunun əvəzini çıxmağa çalışacağıq”, – deyə Arda Güler vurğulayıb.
O, komandada hər hansı problem olmadığını, sadəcə meydanda istədikləri oyunu göstərə bilmədiklərini qeyd edib.
Prestij.media
















