• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“ASAN xidmət” modeli BMT-də nümunə kimi təqdim olundu

19 İyun, 26 / 12:13
A A

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə beynəlxalq konfrans keçirilib.

Prestij.media xəbər verir ki, İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının birgə təşkil etdiyi tədbir “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusuna həsr olunub.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək ölkədə vətəndaşyönümlü dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə məlumat verib.

Çıxış zamanı “ASAN xidmət” modelinin şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkilində mühüm rol oynadığı, eyni zamanda DİM 16 çərçivəsində güclü institutların formalaşdırılması və vətəndaş məmnunluğunun artırılmasına töhfə verdiyi vurğulanıb.

Tədbirdə BMT-nin yüksəkvəzifəli rəsmiləri, müxtəlif ölkələrin dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, eləcə də Keniyanın Dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib. Görüşlərdə “ASAN xidmət” təcrübəsi təqdim olunub və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, Nyu-Yorkda keçirilən tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.

Bənzər Xəbərlər

Manşet

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Avqust 24, 2026
Manşet

Hikmət Hacıyev Buxaradan paylaşım edib

Avqust 24, 2026
Manşet

Kondisioner motorunu balkona icazəsiz quraşdıranlara xəbərdarlıq

Avqust 24, 2026
Manşet

İsraillilər Cənubi Kiprdə torpaq alır

Avqust 24, 2026
Manşet

Təyyarəni dənizin dibinə batırdılar

Avqust 24, 2026
Manşet

Çirkli çayı bitkilərlə təmizləyəcəklər

Avqust 24, 2026

XƏBƏR LENTİ

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust, 26 / 17:40

Hikmət Hacıyev Buxaradan paylaşım edib

24 Avqust, 26 / 12:40

Arılar yox olmaqda olan meşəni xilas edib

24 Avqust, 26 / 12:38

Kondisioner motorunu balkona icazəsiz quraşdıranlara xəbərdarlıq

24 Avqust, 26 / 12:36

İsraillilər Cənubi Kiprdə torpaq alır

24 Avqust, 26 / 12:35

Malyariya ilə mübarizə üçün istifadə etdilər, qlobal problemə çevrilib

24 Avqust, 26 / 12:32

37 il gizlətdiyi münasibətini etiraf edib

24 Avqust, 26 / 12:29

2 min 400 qurbağa böyük problemə çevrilib

24 Avqust, 26 / 12:27

Ayaqqabı şəbəkəsi 17 mağazasını bağlayır

24 Avqust, 26 / 12:25

San Andreas qırılmasında gərginlik 1000 ilin zirvəsində

24 Avqust, 26 / 12:23
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.