• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.3° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda sentyabrdan su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq

17 İyun, 26 / 10:21
A A

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Bu barədə Prestij.media-ya ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Qeyd olunub ki, suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Nəzərinizə çatdırırıq ki, bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” qanunvericilik aktından əldə etmək mümkündür.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin 1 sentyabr tarixindən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə müəyyən edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin, həmçinin su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin forması ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

1.https://e-qanun.az/framework/61055

2.https://e-qanun.az/framework/61660

Bənzər Xəbərlər

Cəmiyyət

700-cü sahibkar “ABAD”çı adını qazanıb

İyun 17, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

İyun 17, 2026
Cəmiyyət

Xəzərdə zəlzələ olub

İyun 17, 2026
Cəmiyyət

Müəllimlərin sertifikasiya imtahanları başlayıb

İyun 17, 2026
Cəmiyyət

“Əhalini təşvişə düşməməyə çağırırıq” – MN

İyun 17, 2026
Cəmiyyət

Xırdalanın 3 küçəsində genişmiqyaslı kanalizasiya işlərinə başlanılır

İyun 16, 2026

XƏBƏR LENTİ

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib

17 İyun, 26 / 16:27

700-cü sahibkar “ABAD”çı adını qazanıb

17 İyun, 26 / 15:26

İslam İnkişaf Bankı qrupunun prezidenti “Dostluq” ordeni ilə təltif edilib – SƏRƏNCAM

17 İyun, 26 / 15:23

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

17 İyun, 26 / 15:22

Snap “gələcəyin kompüteri” adlandırdığı artırılmış reallıq eynəyini satışa çıxarıb

17 İyun, 26 / 14:30

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

17 İyun, 26 / 14:26

Gündə 4 dəqiqəlik məşq yaşlılarda hərəkət qabiliyyətini yaxşılaşdıra bilər

17 İyun, 26 / 14:24

Azərbaycanda “Banklar haqqında” qanunun əhatə dairəsi genişləndirilir

17 İyun, 26 / 14:18

Polis əməliyyatı nəticəsində kəsimə aparılan yüzlərlə pişik xilas edilib

17 İyun, 26 / 13:01

65 yaşlı həkimlərlə bağlı yeni qərar

17 İyun, 26 / 12:50
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.