Dövlət ümumi təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə rəsmən start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən rəsmi məlumata görə, iyunun 25-dək reallaşacaq bu prosesdə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən pedaqoqlar qüvvəsini sınayacaqlar.
Sertifikatlaşdırmanın ilk günündə isə imtahanlara Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili və alman dili müəllimləri cəlb olunublar.
















