ABŞ Prezidenti Donald Trampın yeni Ağ Ev mətbuat katibi Keti Zaxaria ilk mətbuat konfransında maraqlı hadisə ilə gündəmə gəlib. Ailəsi barədə danışarkən həyat yoldaşının adını prezidentin adı ilə səhv salıb.
Jurnalistin iş və ailə həyatını necə uzlaşdıracağı barədə sualını cavablandıran Zaxaria həyat yoldaşına təşəkkür etmək istəyərkən “Prezidentim… Bağışlayın həyat yoldaşım yanımdadır” deyib. O, səhvini anlayaraq gülümsəyib və bunun uğursuz dil sürüşməsi olduğunu bildirib.
Dörd uşaq anası olan Zaxaria ailəsi ilə birlikdə Vaşinqtona köçəcəyini açıqlayıb. O, bundan əvvəl Trampın media şirkətində kommunikasiya üzrə məsləhətçi kimi çalışıb. Mətbuat konfransından sonra Tramp yeni sözçüsünün çıxışını yüksək qiymətləndirərək onun çox yaxşı performans göstərdiyini deyib.
Prestij.media
















