Avstraliyanın Melburn şəhərində yerləşən 10 mərtəbəli binada ənənəvi kondisionerlərə olan tələbatı azaltmaq üçün qeyri-adi soyutma sistemi tətbiq edilir. Binanın cənub fasadında quraşdırılan beş su qülləsi süni yağış yaradaraq havanı uyğun şəraitdə 13 dərəcəyədək soyuda bilir.
Qüllələr isti havanı yuxarıdan içəri çəkir və su damcıları ilə birlikdə aşağı istiqamətləndirir. Suyun bir hissəsi buxarlanarkən ətrafdakı istiliyi özünə çəkir və hava soyuyur. Sınaqlar zamanı 40,9 dərəcə temperaturda qülləyə daxil olan havanın 26,8 dərəcəyədək soyuduğu müəyyən edilib.
“Council House 2” adlı binada bu sistem təbii havalandırma, günəşdən qoruyucu panellər və gecə havalandırması ilə birlikdə işləyir. Ekoloji sistemlərin birlikdə istifadəsi nəticəsində enerji sərfiyyatının təxminən 80 faiz, su istifadəsinin isə 75 faiz azaldığı bildirilir.
Prestij.media
















