Qlobal bazarlarda gümüşün qiymətinin yüksəlməsi köhnə saat batareyalarını da dəyərli xammala çevirib. Tərkibində gümüş oksid olan SR kodlu batareyalar artıq geri dönüşüm üçün toplanır.
Məlumata görə, bir kiloqram tullantı SR batareyasından təxminən 300–400 qram gümüş əldə etmək mümkündür. Bu səbəbdən saat ustaları və elektron tullantı toplayanlar köhnə batareyaları ayrıca yığmağa başlayıblar.
Lakin mütəxəssislər batareyaların ev şəraitində sökülməsinə qarşı xəbərdarlıq edir. Tərkibindəki kimyəvi maddələr sağlamlıq üçün təhlükə yarada bilər. Köhnə batareyaların xüsusi toplama məntəqələrinə və ya saat ustalarına təhvil verilməsi tövsiyə olunur.
Prestij.media
















