Bosniya və Herseqovinada bir qunduzun yeraltı elektrik kabellərini gəmirərək zədələməsi nəticəsində təxminən 1600 abonent elektrik enerjisiz qalıb. Hadisə oktyabrın 11-də ölkənin şimalındakı Prnyavor və Stanari bölgələrində baş verib.
Elektrokrajina elektrik paylayıcı şirkətinin araşdırması zamanı qunduzun avtomobil yolunun altından keçən altı elektrik kabelini zədələdiyi müəyyən edilib. Nəticədə Ştrptsidən Brestovo və Mitroviçi kəndlərinə qədər geniş ərazidə elektrik təchizatı dayanıb.
Nasazlığın aradan qaldırılması üçün əraziyə texniki qruplar cəlb olunub. Kabellərin avtomobil yolunun altında yerləşməsi təmir işlərini çətinləşdirib və ağır texnikadan istifadə zərurəti yaradıb. Elektrik enerjisinin tam bərpa olunacağı vaxtla bağlı isə dəqiq məlumat verilməyib.
Prestij.media
















