Almaniyada yerləşən və dünyanın ən qədim sosial yaşayış komplekslərindən biri hesab edilən Fuggerei artıq 500 ildən çoxdur ki, aztəminatlı sakinlərə simvolik kirayə ilə ev təqdim edir.
Prestij.media xəbər verir ki, 1521-ci ildə yaradılan bu tarixi yaşayış kompleksində illik kirayə haqqı cəmi 0,88 avro (təxminən 47 lirə) olaraq saxlanılır. Burada hazırda 67 binadakı 142 mənzildə təxminən 150 nəfər yaşayır.
Kompleksdə yaşamaq istəyənlər üç əsas şərti yerinə yetirməlidirlər: Auqsburq sakini olmaq, maddi ehtiyac sahibi olmaq və katolik inancına mənsub olmaq. Bundan əlavə, sakinlərdən hər gün Fugger ailəsinin ruhu üçün üç dəfə dua etmələri tələb olunur.
Tarixi yaşayış məntəqəsinin xərcləri isə simvolik kirayə haqları ilə deyil, Fugger Fondunun meşə təsərrüfatı, daşınmaz əmlak gəlirləri və turistlərin ödədiyi giriş haqları hesabına qarşılanır.
















