Fransanın “Lill” klubunun baş məşqçisi Davide Ançelotti qapıçı Berke Özerin vəziyyəti ilə bağlı açıqlama verib. 26 yaşlı qolkiper zədə səbəbindən “Brest”lə oyunun heyətinə daxil edilməyib.
Ançelottinin sözlərinə görə, Berke Özer “Arsenal”la qarşılaşmada zərbə alıb. Məşqə çıxmağa cəhd edən qapıçının ağrıları keçmədiyi üçün son oyunda meydana çıxması mümkün olmayıb.
Baş məşqçi qapıçının növbəti matça hazır olacağını gözlədiyini bildirib. “Lill” oktyabrın 21-də UEFA Çempionlar Liqasının üçüncü turunda “Qalatasaray”ı qəbul edəcək.
Prestij.media
















