Argentinada ölkənin ən çirkli su hövzələrindən biri sayılan Reconquista çayının təmizlənməsi üçün qeyri-adi üsul hazırlanır.
San Martin Milli Universitetinin tədqiqatçıları çirkli suyu birbaşa çaya buraxmaq əvəzinə, bitkilərdən və xüsusi materiallardan hazırlanmış süni bataqlıq ərazilərdən keçirməyi planlaşdırır.
İlk sınaqlarda nitrat, fosfat və xrom kimi ağır metalların miqdarının azaldığı müəyyən edilib. Növbəti mərhələdə sistem daha böyük qurğularda sınaqdan keçiriləcək.
Mənbə: Prestij.media
















