Xorvatiya sahillərində dənizin dibində aşkarlanan təxminən 1300 illik Bizans gəmisindən 600 qramdan çox qızıl, qiymətli daşlarla bəzədilmiş kəmər hissələri, imperator sikkələri və üzərində imperator təsviri olan qızıl möhür üzüyü tapılıb.
Batığın Mljet adası yaxınlığında yerləşdiyi və VII əsrin sonu – VIII əsrin əvvəllərində batdığı ehtimal olunur. Tapılan qızıl kəmərlərdə yaqut, zümrüd və mirvarilərdən istifadə edildiyi müəyyənləşdirilib.
Arxeoloqlar gəmidəki qızıl möhür üzüyünün yüksək vəzifəli dövlət məmuruna aid ola biləcəyini düşünürlər. Gəmidə həmçinin amforalar, keramika qabları, tərəzilər və fil sümüyü parçaları aşkarlanıb.
Prestij.media
















