ABŞ-da təxminən 17,8 milyon hektarlıq milli meşə ərazisini əhatə edən yeni qərar layihəsi hazırlanıb. Plan qəbul edilərsə, illərdir qorunan meşəlik ərazilərdə yeni yolların salınmasına və ağac kəsilməsinə imkan yarana bilər.
Dəyişiklikdən təsirlənəcək ərazilərin 95 faizdən çoxunun Alyaska, Kaliforniya və Montana da daxil olmaqla ölkənin qərbindəki 10 ştatda yerləşdiyi bildirilir. Kolorado və Aydaho isə öz qaydalarına görə layihənin əhatə dairəsinə daxil edilmir.
Təklif 2001-ci ildən qüvvədə olan və bəzi milli meşələrdə yol çəkilişini məhdudlaşdıran qoruma qaydalarının aradan qaldırılmasını nəzərdə tutur. ABŞ Meşə Xidməti bunun meşə yanğınları ilə mübarizə və meşələrin daha effektiv idarə olunması üçün vacib olduğunu bildirir.
Ekoloqlar isə yeni yolların və kommersiya məqsədli ağac kəsiminin indiyədək böyük ölçüdə toxunulmamış meşələrə ciddi təzyiq göstərə biləcəyini deyirlər. Qərar hələ qüvvəyə minməyib və ictimai müzakirə prosesi 21 sentyabr 2026-cı ilədək davam edəcək.
Prestij.media
















