Rumıniyada Avropanın ən böyük günəş elektrik stansiyalarından birinin tikintisinə başlanılır. Arad vilayətində, Macarıstan sərhədinə yaxın ərazidə inşa ediləcək Dama Solar layihəsinin 2030-cu ilə qədər fəaliyyətə başlaması planlaşdırılır.
Layihənin quraşdırılmış gücünün 1,24 giqavat olacağı və ildə təxminən 1,63 teravat-saat elektrik istehsal edəcəyi gözlənilir. Bu göstəricinin Rumıniyanın hazırkı günəş enerjisi istehsalının iki qatından çox olacağı bildirilir.
Layihəni həyata keçirən şirkət stansiyanın illik istehsalının 280 mindən çox evin, yəni təxminən 1 milyon insanın elektrik ehtiyacını qarşılaya biləcəyini açıqlayıb. Layihənin qarşıdakı üç ildə 500-dən çox yeni iş yeri yaratması da gözlənilir.
Prestij.media
















