Qvatemalada kənd ərazilərində tullantılardan toplanan minlərlə plastik butulka və paketlərdən məktəblərin tikintisində istifadə olunur. “Butulka məktəbləri” adlandırılan bu üsulla 2009-cu ildən indiyədək ölkə üzrə 125 məktəb inşa edilib.
Son layihələrdən biri Granados şəhərində həyata keçirilib. Burada 8 mindən çox plastik butulka toplanaraq tullantılarla doldurulub və metal konstruksiyaların arasına yerləşdirilərək divarların tikintisində istifadə olunub.
Butulkaların üzəri sement və suvaqla örtüldükdən sonra onlar görünmür və bina adi məktəbdən fərqlənmir. Layihə həm plastik tullantıların azaldılmasına, həm də kəndlərdə məktəb probleminin həllinə xidmət edir.
Prestij.media
















