1963-cü ildə İtaliyada baş verən Vajont fəlakətində təxminən 260 milyon kubmetr qaya kütləsi cəmi 45 saniyədə Monte Toc dağından qoparaq baraj gölünə sürüşüb.
Nəhəng qaya kütləsinin suya düşməsi nəticəsində hündürlüyü 200 metrdən çox olan dalğa yaranıb. Dalğa barajın üzərindən aşaraq vadidəki yaşayış məntəqələrini dağıdıb.
Hadisə nəticəsində təxminən 2 min nəfər həyatını itirib. Maraqlısı isə odur ki, barajın özü böyük ölçüdə salamat qalıb.
Prestij.media
















