Rusiyanın 10 min ton ağırlığında olan “Khabarovsk” adlı nüvə enerjili sualtı qayığı Ağ dənizdə ilk sınaqlarına başlayıb. Təxminən 135 metr uzunluğunda olan sualtı qayığın əsas sistemləri yoxlanılır.
Sualtı qayıq Rusiyanın strateji “Poseidon” layihəsi üçün hazırlanıb və 6 ədəd “Poseidon” daşıya biləcək. Sınaqları uğurla başa çatarsa, onun Sakit Okean Donanmasında xidmətə başlaması planlaşdırılır.
Məlumata görə, “Poseidon” aparatları nüvə mühərriki ilə işləyir və su altında yüksək sürətlə hərəkət edə bilir.
Prestij.media
















