İsveçrənin Brünig dağlarında milyarderlər üçün 100 metrdən çox dərinlikdə lüks yeraltı kompleks inşa edilir. Müəssisə müharibə, təbii fəlakət və qlobal böhranlar zamanı təhlükəsiz sığınacaq kimi istifadə olunacaq.
Brünig Mega Safe adlanan kompleksdə təxminən 20 xüsusi bölmə olacaq. Burada sənət əsərləri, nadir şərablar, lüks avtomobillər, qiymətli metallar və digər dəyərli əşyalar saxlanılacaq. Başlanğıc qiymətinin 500 min İsveçrə frankı olacağı bildirilir.
Layihənin sonrakı mərhələsində yeraltı yaşayış və toplantı otaqlarının da yaradılması planlaşdırılır. Müştərilərə bölmələri 99 il müddətinə icarəyə götürmək imkanı da veriləcək.
Prestij.media
















