Braziliyada yüksək kirayə və mənzil qiymətlərindən əziyyət çəkən yüzlərlə aztəminatlı ailə bir araya gələrək öz mənzillərini tikib. Osasko şəhərində həyata keçirilən layihə nəticəsində 1000 mənzildən ibarət böyük yaşayış məhəlləsi salınıb.
1990-cı illərdə mənzil böhranının dərinləşdiyi dövrdə ailələr Osasko Mənzil Assosiasiyasının (COPROMO) ətrafında birləşib. Bələdiyyənin ayırdığı 54 min kvadratmetr ərazidə tikintiyə başlayan sakinlər memar, mühəndis və sosial işçilərin dəstəyi ilə işləri özləri həyata keçiriblər.
Layihə 1992–1998-ci illər ərzində davam edib. Nəticədə 5 mərtəbəli 50 binadan ibarət, hər biri 54 kvadratmetr olan 2 otaqlı 1000 mənzil tikilib. Ərazidə məktəb, xəstəxana və sağlamlıq mərkəzləri də yaradılaraq yaşayış kompleksi formalaşdırılıb.
Prestij.media
















