Yaponiyada inşa edilən 315 metr uzunluğundakı “Solar Ark” qurğusunda 5 mindən çox günəş paneli cəmi 4 daşıyıcı sütun üzərində yerləşdirilib. İllik 530 min kilovat-saat elektrik istehsal edən nəhəng qurğu 2022-ci ildə fəaliyyətini dayandırıb.
Yaponiyanın Gifu prefekturasının Anpachi qəsəbəsində, Tokaido Şinkansen sürətli qatar xəttinin yaxınlığında yerləşən “Solar Ark” 2000-ci illərin əvvəllərində “Sanyo” şirkəti tərəfindən inşa edilib. 315 metr uzunluğunda və 37 metr hündürlüyündə olan qurğunun təxminən 3 min ton ağırlığındakı əsas gövdəsi dörd böyük polad sütun üzərində qurulub.
Qurğunun günəşə baxan hissəsində 5 046 fotovoltaik panel yerləşdirilib. Sistem maksimum 630 kilovat gücə malik olub və ildə orta hesabla 530 min kilovat-saat elektrik istehsal etmək üçün nəzərdə tutulub. Burada “Solar Lab” adlı muzey də fəaliyyət göstərib və ziyarətçilərə günəş enerjisi texnologiyaları barədə məlumat verilib.
Prestij.media
















