İndoneziyanın Bali və Lombok adaları arasında hərəkət edən sərnişin bərəsində yanğın baş verib. Hadisə zamanı gəmidə olan 144 sərnişin və heyət üzvü təxliyə edilib.
Yanğın Bali adasındakı Padangbai limanı ilə Lombokdakı Lembar limanı arasındakı boğazda baş verib. Hadisə yerinə göndərilən xilasedicilər təxliyə əməliyyatını uğurla başa çatdırıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Yanğının səbəbi hələlik məlum deyil. İlkin ehtimallar arasında texniki nasazlıq və elektrik qısaqapanması var. Hadisə son iki həftə ərzində İndoneziyada baş verən ikinci bərə yanğınıdır. Bu səbəbdən ölkədə dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.
Prestij.media
















