Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları güclənib. Yanğınlar səbəbilə təxminən 20 min nəfərin təxliyəsi barədə qərar verilib.
Okanagan gölü ətrafında sürətlə yayılan yanğın nəticəsində bəzi evlərə də ziyan dəyib. Təxminən 12 min nəfərin yaşadığı Summerland bölgəsinin tamamilə, 8 min nəfərin yaşadığı Peachland və ətrafının isə bir hissəsinin təxliyəsi əmr edilib.
Prestij.media
















