Meksikanın Sinaloa ştatında 500 mindən çox izləyicisi olan 25 yaşlı TikTok fenomeni Sezar Qastelum canlı yayım zamanı silahlı hücum nəticəsində öldürülüb.
Hadisə Kuliakan şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verib. Bildirilir ki, o, iki dostu ilə birlikdə canlı yayım etdiyi vaxt motosikletlə gələn maskalı silahlılar tərəfindən arxadan atəşə tutulub. Hücum anları canlı yayıma da düşüb.
Yerli polis fenomenin hadisə yerində həyatını itirdiyini açıqlayıb. Hadisədən sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.
Yerli KİV-in məlumatına görə, Sinaloa ştatında son illərdə cinayətkar qruplar arasındakı qarşıdurmalar fonunda sosial media fenomenlərinə qarşı oxşar hücumların sayı artıb.
Prestij.media
















