• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.9797
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Alzheimer yalnız unutqanlıqla başlamır – Yeni araşdırma

25 İyul, 26 / 12:50
A A

Alzheimer xəstəliyi təkcə yaddaşı deyil, həm də gündəlik işləri planlaşdırmaq, hadisələri düzgün ardıcıllıqla yerinə yetirmək bacarığını zəiflədə bilər. Alimlər çay dəmləyərkən və ya yemək hazırlayarkən addımların tez-tez qarışdırılmasının diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər.

Prestij.media xəbər verir ki, Biruni Universitetinin Dil və Nitq Terapiyası Bölümünün dosenti Fenisə Selin Karalı və müəllim Samet Tosunun da iştirak etdiyi beynəlxalq araşdırmanın nəticələri Cortex elmi jurnalında dərc olunub.

Araşdırmada sağlam yaşlı insanlar, yüngül koqnitiv pozğunluğu olan şəxslər və Alzheimer xəstəliyinin erkən mərhələsində olan ümumilikdə 54 iştirakçı yer alıb. Onlara gündəlik həyatı əks etdirən qarışıq şəkillər göstərilərək hadisələri düzgün ardıcıllıqla düzmələri və təsvir olunan vəziyyəti müəyyən etmələri istənilib.

Tədqiqatın nəticələrinə görə, koqnitiv funksiyalar zəiflədikcə insanların gündəlik hadisələri düzgün ardıcıllıqla anlama və təşkil etmə bacarığı da azalır. Sağlam iştirakçılar tapşırıqları əsasən düzgün yerinə yetirsələr də, yüngül koqnitiv pozğunluğu olan şəxslər daha çox səhv edib, Alzheimer xəstələrində isə səhvlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Mütəxəssislərin sözlərinə görə, Alzheimer xəstəliyində problem yalnız unutqanlıqla məhdudlaşmır. Xəstələr çay hazırlamaq, yemək bişirmək və ya alış-veriş etmək kimi gündəlik fəaliyyətlərdə addımları düzgün ardıcıllıqla yerinə yetirməkdə də çətinlik çəkə bilirlər.

Araşdırma müəllifləri vurğulayırlar ki, yemək hazırlayarkən ardıcıllığın tez-tez qarışdırılması, çay dəmləyərkən addımların unudulması və ya alış-verişi planlaşdırmaqda çətinlik çəkmək sadəcə diqqətsizlik kimi qiymətləndirilməməlidir. Bu dəyişikliklər Alzheimer və ya yüngül koqnitiv pozğunluğun erkən əlamətlərindən biri ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu cür testlər gələcəkdə Alzheimer xəstəliyinin erkən aşkarlanmasına kömək edən əlavə qiymətləndirmə üsullarından biri kimi istifadə oluna bilər.

Bənzər Xəbərlər

Manşet

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Avqust 26, 2026
Manşet

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Avqust 26, 2026
Manşet

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Avqust 26, 2026
Manşet

Pezeşkian və Putin gələn həftə görüşməyi planlaşdırırlar

Avqust 26, 2026
Manşet

6 dəqiqəlik qaranlıq üçün qiymətlər 10 dəfə artıb

Avqust 26, 2026
Manşet

Aralıq dənizinin dibinə 106 nəhəng beton blok endirdilər

Avqust 26, 2026

XƏBƏR LENTİ

Qubada III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub

28 Avqust, 26 / 9:45

“Qarabağ”ın oyunu ilə əlaqədar Bakı metrosunda gücləndirilmiş rejim tətbiq olunacaq

27 Avqust, 26 / 16:11

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

26 Avqust, 26 / 17:24

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

26 Avqust, 26 / 17:10

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust, 26 / 16:29

Pezeşkian və Putin gələn həftə görüşməyi planlaşdırırlar

26 Avqust, 26 / 15:43

ABŞ Səudiyyə ilə nüvə sazişini Konqresə təqdim edib

26 Avqust, 26 / 15:41

Təbii həll kimi buraxdılar, ölkəni bürüdü

26 Avqust, 26 / 15:40

60 quşdan 200 milyonluq problem

26 Avqust, 26 / 15:39

Rusiyadan Starlinkə yeni rəqib

26 Avqust, 26 / 15:36
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.