• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.9° Weather Columbus
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Əlli ildən çoxdur yanan kraterin alovları zəifləyir

17 İyul, 26 / 9:29
A A

Türkmənistanın Karakum səhrasında yerləşən və “Cəhənnəmin qapısı” kimi tanınan Darvaza Qaz Kraterindəki alovların zəiflədiyi açıqlanıb.

Prestij.media xəbər verir ki, yarım əsrdən artıqdır fasiləsiz yanan nəhəng kraterdə aparılan işlərdən sonra ilk dəfə sönmə əlamətləri müşahidə olunub.

Təxminən 60-70 metr diametrə malik Darvaza Qaz Krateri dünyanın ən qeyri-adi turizm məkanlarından biri hesab olunur. Gecə saatlarında yüksələn alovlara görə “Cəhənnəmin qapısı” adlandırılan krater hər il minlərlə turistin diqqətini cəlb edir.

Məlumata görə, krater 1970-ci illərin əvvəllərində sovet geoloqlarının təbii qaz axtarışları zamanı yerin çökməsi nəticəsində yaranıb. Ətrafa yayılan metan qazının qarşısını almaq məqsədilə alovlandırılan çuxurun bir neçə həftə ərzində sönəcəyi gözlənilsə də, zəngin qaz ehtiyatları səbəbindən alovlar onilliklər boyu yanmağa davam edib.

Son illərdə Türkmənistan hökuməti krater ətrafında yeni qaz quyuları qazaraq yeraltı qazı nəzarətli şəkildə hasil etməyə başlayıb. Mütəxəssislərin fikrincə, bu addımlar krateri qidalandıran qazın həcmini əhəmiyyətli dərəcədə azaldıb. Peyk məlumatlarına əsasən, son üç ildə alovların yaydığı istilik 75 faizdən çox azalıb.

Alimlər kraterin qısa müddətdə tam sönəcəyini qəti şəkildə söyləməsələr də, mövcud göstəricilər yarım əsrdən çoxdur yanan “Cəhənnəmin qapısı”nın əvvəlki gücünü itirdiyini və gələcəkdə tamamilə sönə biləcəyini göstərir.

Bənzər Xəbərlər

Dünya

Çin səhrada böyük uran yataqları aşkarlayıb

Oktyabr 11, 2026
Dünya

İngilislər pullarını evdə belə gizlədirlər

Oktyabr 11, 2026
Dünya

Fransada güclü yağış duz istehsalını dayandırıb

Oktyabr 11, 2026
Dünya

Vyetnamda 2700 pişiyi oğurlayan dəstə saxlanılıb

Oktyabr 11, 2026
Dünya

ABŞ-da qasırğa 430 min abonenti işıqsız qoyub

Oktyabr 11, 2026
Dünya

İran müharibəsində ölən ABŞ hərbçilərinin sayı 21-ə çatıb

Oktyabr 11, 2026

XƏBƏR LENTİ

Dəfnə yarpağını pəncərəyə qoymağa başladılar

11 Oktyabr, 26 / 12:46

Yeraltında nəhəng təbii hidrogen ehtiyatları ola bilər

11 Oktyabr, 26 / 12:44

Çin səhrada böyük uran yataqları aşkarlayıb

11 Oktyabr, 26 / 12:43

İordan çayının qərb sahilində zeytun yığanlara hücum edilib

11 Oktyabr, 26 / 12:42

İngilislər pullarını evdə belə gizlədirlər

11 Oktyabr, 26 / 12:41

Fransada güclü yağış duz istehsalını dayandırıb

11 Oktyabr, 26 / 12:40

Vyetnamda 2700 pişiyi oğurlayan dəstə saxlanılıb

11 Oktyabr, 26 / 12:39

ABŞ-da qasırğa 430 min abonenti işıqsız qoyub

11 Oktyabr, 26 / 12:38

Hörmüz boğazında supertankerdə partlayış baş verib

11 Oktyabr, 26 / 12:37

Cənubi Afrikada gərginlik artdı ordu küçələrə çıxıb

11 Oktyabr, 26 / 12:35
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.