İngiltərənin paytaxtı London şəhərində baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb.
Hadisə White City ərazisində yerləşən birmərtəbəli binada qeydə alınıb. Yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən və 15 texnika cəlb olunub. Alov binanın yarıdan çox hissəsini məhv edib.
Xilasedicilər binadan üç nəfəri çıxarsalar da, onlardan ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.
Hazırda yanğının başvermə səbəbi araşdırılır.
Prestij.media
















