ABŞ-ın Kaliforniya ştatındakı San-Andreas və San-Hasinto fay xətləri boyunca gərginliyin son 1000 ilin ən yüksək səviyyəsinə çatdığı müəyyən edilib.
Havay Universitetinin alimlərinin apardığı araşdırmaya görə, bölgədə böyük dağıntılara səbəb ola biləcək güclü zəlzələ üçün geoloji şərait formalaşıb. Xüsusilə Los-Anceles və ətraf ərazilərin risk altında olduğu bildirilir.
Tədqiqat müəllifləri bunun yaxın zamanda zəlzələnin baş verəcəyi anlamına gəlmədiyini vurğulasalar da, milyonlarla insanın yaşadığı bölgədə hazırlıq tədbirlərinin gücləndirilməsinin vacib olduğunu qeyd ediblər.
prestij.media
















