İyunun 15-də gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuela Bolivar Respublikasının idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Venesuela arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, yüksək nəticəli idman üzrə təcrübə mübadiləsi, eləcə də 2028-ci ildə Los-Anceles şəhərində keçiriləcək 2028 Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər həmçinin idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri, idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Kristofer Martinezz Berroteran, Venesuela Bolivar Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri də iştirak edib.
















