Rusiyanın İrkutsk vilayətində Tu-22M3 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumata görə, hadisə təyyarənin eniş mərhələsində baş verib. Qəza zamanı ekipaj üzvləri katapult vasitəsilə təyyarəni tərk etməyə nail olublar.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, pilotların həyatı təhlükədə deyil. Hadisə nəticəsində yerüstü infrastruktura ziyan dəyməyib və insan tələfatı qeydə alınmayıb.
Qeyd olunub ki, təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirirdi.
















