Apple şirkəti smart saatlar üçün hazırladığı əməliyyat sistemində mühüm dəyişiklik edib.
Prestij.media xəbər verir ki, watchOS 27-nin ilk tərtibatçı beta versiyasında “Apple Watch” istifadəçiləri arasında ani səsli ünsiyyət imkanı yaradan “Walkie-Talkie” tətbiqi sistemdən tamamilə çıxarılıb.
Məlumata görə, tətbiq artıq həm proqramlar siyahısından, həm də “Control Center” (İdarəetmə Mərkəzi) bölməsindən əlçatan deyil.
Qeyd edək ki, “Walkie-Talkie” funksiyası 2017-ci ildə təqdim olunmuş və istifadəçilərə ani səsli əlaqə qurmaq imkanı vermişdi. Yeni qərarla birlikdə funksiyanın gələcəkdə yenidən aktivləşdirilib-aktivləşdirilməyəcəyi barədə rəsmi açıqlama verilməyib.
















