• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb

23 İyul, 26 / 17:13
A A

Azərbaycan Güləş Federasiyası (AGF) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yeni layihəyə start verib.

“Güləşlə sağlam yaşa” layihəsi məşhur güləş simalarını təhsil ocaqlarında məktəblilərlə görüşdürür. İlk belə görüş olimpiya və 2 qat dünya çempionu, AGF və MOK-un vitse-prezidenti Fərid Mansurovun iştirakıyla Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirin giriş hissəsində məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək gənc nəslin sağlam, vətənpərvər və fəal yetişməsində idmanın mühüm rol oynadığını vurğulayıb və layihə təşkilatçılarına minnətdarlığını bildirib.

Daha sonra F.Mansurovun idman yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca Olimpiya çempionu öz uğur hekayəsini bölüşüb, karyerası boyunca qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb. O, məktəblilərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edib. F.Mansurov təhsilin, idmanla məşğul olmağın və düzgün qidalanmanın önəmini xüsusi vurğulayıb. Görüş çərçivəsində məktəblilərin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb, onun tövsiyələrini dinləyiblər. Tədbirin maraqlı hissələrindən biri də “Kahoot” platforması üzərindən təşkil olunan intellektual müsabiqə olub. Qaliblər, o cümlədən ən maraqlı sualların müəllifləri AGF tərəfindən hədiyyələrlə təltif edilib. Sonda Oolimpiya çempionunun iştirakı ilə imza mərasimi keçirilib, məktəblilər xatirə avtoqrafları əldə edib və kollektiv xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, güləş idman növünə marağın artırılması, milli idman dəyərlərinin təşviqi, həmçinin uşaq və yeniyetmələrin fiziki aktivliyə cəlb edilməsidir.

Prestij.media

Məzahir Əhmədov

Bənzər Xəbərlər

Manşet

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Avqust 24, 2026
Manşet

Hikmət Hacıyev Buxaradan paylaşım edib

Avqust 24, 2026
Manşet

Kondisioner motorunu balkona icazəsiz quraşdıranlara xəbərdarlıq

Avqust 24, 2026
Manşet

İsraillilər Cənubi Kiprdə torpaq alır

Avqust 24, 2026
Manşet

Təyyarəni dənizin dibinə batırdılar

Avqust 24, 2026
Manşet

Çirkli çayı bitkilərlə təmizləyəcəklər

Avqust 24, 2026

XƏBƏR LENTİ

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust, 26 / 17:40

Hikmət Hacıyev Buxaradan paylaşım edib

24 Avqust, 26 / 12:40

Arılar yox olmaqda olan meşəni xilas edib

24 Avqust, 26 / 12:38

Kondisioner motorunu balkona icazəsiz quraşdıranlara xəbərdarlıq

24 Avqust, 26 / 12:36

İsraillilər Cənubi Kiprdə torpaq alır

24 Avqust, 26 / 12:35

Malyariya ilə mübarizə üçün istifadə etdilər, qlobal problemə çevrilib

24 Avqust, 26 / 12:32

37 il gizlətdiyi münasibətini etiraf edib

24 Avqust, 26 / 12:29

2 min 400 qurbağa böyük problemə çevrilib

24 Avqust, 26 / 12:27

Ayaqqabı şəbəkəsi 17 mağazasını bağlayır

24 Avqust, 26 / 12:25

San Andreas qırılmasında gərginlik 1000 ilin zirvəsində

24 Avqust, 26 / 12:23
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.