Çinin Hunan əyalətində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binası cəmi 5 günə hazır vəziyyətə gətirilib. Tikilinin əsas hissəsi fabrikdə hazırlanan paslanmayan polad modulların ərazidə boltlarla birləşdirilməsi ilə inşa edilib.
Xiangyin bölgəsində inşa olunan “Jingdu Holon Building” binasının montajına 7 yanvar 2024-cü ildə başlanılıb və işlər 11 yanvarda başa çatıb. Təxminən 100 nəfərlik heyət və qüllə kranlarının iştirakı ilə aparılan işlər zamanı 12 metr uzunluğunda modullar yük maşınları ilə əraziyə gətirilərək birləşdirilib. Tikinti zamanı beton tökülməyib, divar hörülməyib və qaynaq işləri aparılmayıb.
14 min kvadratmetrlik binada elektrik, su və havalandırma sistemləri hazır olan 208 mənzil yerləşir. İstehsalçı şirkətin məlumatına görə, modul sistem sayəsində bina tamamilə sökülərək başqa əraziyə daşına və yenidən quraşdırıla bilər.
Prestij.media
















