G7 liderləri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər.
Qərara əsasən, sanksiyalar genişləndirilərək neft və təbii qaz sektorunu da əhatə edəcək. Bu addımın Rusiyanın enerji ixracına ciddi təsir göstərməsi gözlənilir.
Bununla yanaşı, G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə imkanlarının artırılması, əlavə müdafiə sistemlərinin verilməsi və uzun mənzilli hərbi imkanların gücləndirilməsi barədə də razılaşıblar.
Liderlər Ukraynanın hərbi istehsal potensialının artırılması üçün lisenziyaların genişləndirilməsi imkanlarını da müzakirə etməyə hazır olduqlarını bildiriblər.
Eyni zamanda G7 ölkələri ABŞ ilə İran arasında əldə olunan razılaşmaya diplomatik dəstək verdiklərini açıqlayıb və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının vacibliyini bir daha vurğulayıblar.
//Prestij.Media
















