Braziliyada çəkisi 517 ton, uzunluğu isə təxminən 90 metr olan nəhəng sənaye avadanlığının daşınması üçün xüsusi əməliyyat keçirilib. Elektrik enerjisi istehsalında istifadə olunan generator hissəsi San-Sebastiao limanına aparılıb.
Daşınma oktyabrın 5-dən 8-dək üç gecə ərzində San-Paulu ştatında həyata keçirilib. Yükün ölçüləri və ağırlığı səbəbindən polis əməkdaşları və müşayiət avtomobilləri karvana qoşulub. Təhlükəsiz hərəkəti təmin etmək üçün Rodovia dos Tamoios avtomobil yolundakı Serra Nova tunelləri müvəqqəti bağlanıb.
Digər sürücülər alternativ dağ yoluna yönləndirilib, marşrutun bəzi hissələrində isə hərəkətə məhdudiyyətlər tətbiq olunub. Nəhəng yükün limana çatdırılması iri sənaye avadanlıqlarının daşınmasının nə qədər mürəkkəb və dəqiq planlaşdırma tələb edən əməliyyat olduğunu göstərib.
Prestij.media
















