ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı mühüm qərar qarşısında olduğunu bildirib.
Tramp “Axios”a açıqlamasında İranla bağlı vəziyyəti dəyərləndirib və müharibəni başa çatdırmaq üçün böyük hücum həyata keçirib-keçirməmək barədə düşündüyünü deyib. O, qarşısında “İranın içinə girib onları məhv etmək istəyib-istəmədiyinə” dair mühüm seçim olduğunu bildirib.
ABŞ Prezidenti gələn həftə Nyu-Yorkda region ölkələrinin liderləri ilə görüşəcəyini və onların mövqeyini öyrənmək istədiyini açıqlayıb. Görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderlərinin iştirak edəcəyi bildirilir.
Tramp həmçinin İranın neft ixracına qarşı tətbiq edilən dəniz blokadasından razı olduğunu bildirib və İranla ABŞ arasında hələ də birbaşa əlaqələrin olduğunu söyləyib.
O, gələn həftə BMT Baş Assambleyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə biləcəyini də qeyd edib.
Prestij.media
















