Kanadada aparılan yeni araşdırmaya görə, gündə bir stəkan pivə içmək pankreas xərçəngi riskini artırır.
Victoria Universitetinin Maddə İstifadəsi Araşdırmaları İnstitutunda çalışan alimlərin apardığı tədqiqatda göstərilib ki, gündə bir stəkan pivə istehlakı bu xəstəliyə tutulma riskini təxminən 10–30% yüksəldə bilər.
Tədqiqatın rəhbəri Dr. Tim Naimi bildirib ki, alkoqol istifadəsi artıq bir çox xərçəng növü ilə əlaqələndirilir və pankreas xərçəngi ilə bağlı elmi sübutlar da getdikcə güclənir.
Mütəxəssislər qeyd edirlər ki, pankreas xərçəngi çox vaxt erkən mərhələdə aşkar olunmur və bu da onu daha təhlükəli edir.
Prestij.media
















