Mütəxəssislər bildirirlər ki, insanın yastığa başını qoyan kimi yuxuya getməsi hər zaman sağlam yuxunun göstəricisi deyil. Bu hal bəzən orqanizmin həddindən artıq yorğun olduğunu və kifayət qədər istirahət etmədiyini göstərə bilər.
Araşdırmalara görə, sağlam insanlarda yuxuya getmə müddəti adətən 10-20 dəqiqə arasında dəyişir. Bir neçə dəqiqə ərzində yuxuya getmək isə yuxu çatışmazlığı, stress, intensiv iş rejimi və ya nizamsız həyat tərzi ilə əlaqəli ola bilər.
Mütəxəssislər keyfiyyətli yuxu üçün hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl ekran istifadəsini azaltmağı və sağlam həyat tərzinə riayət etməyi tövsiyə edirlər.
Əgər insan daim çox tez yuxuya gedir və gün ərzində özünü yorğun hiss edirsə, həkim müayinəsindən keçməsi məsləhət görülür.
Prestij.media
















