Pakistanın Karachi şəhərində idarəetmədən çıxan avtomobil dini toplantının keçirildiyi məscidə daxil olub.
İlkin məlumata görə, əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verən hadisə nəticəsində 2 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Sürücü saxlanılıb, avtomobil isə ekspertiza üçün götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Prestij.media
















